Rusiyada 6 yaşlı uşaq bağçada öldürülüb

Rusiyada 6 yaşlı uşaq bağçada öldürülüb Rusiyanın Naryan-Mar şəhərində bıçaqlı şəxs uşaq bağçasına girərək uşaqlardan birini öldürüb.
Region
31 Oktyabr , 2019 17:43
Rusiyada 6 yaşlı uşaq bağçada öldürülüb

Rusiyanın Naryan-Mar şəhərində bıçaqlı şəxs uşaq bağçasına girərək uşaqlardan birini öldürüb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, ölən uşağın 6 yaşı olub.

İstintaq Komitəsinin məlumatına görə, uşaqların nahardan sonra yatdığı zaman bağçaya soxulan kişi uşağa bıçaqla ölümcül zərbə endirib və o, yerindəcə keçinib. Şübhəli şəxs - 36 yaşlı yerli sakin dərhal saxlanılıb. Onun içkili olduğu müəyyənləşib. Cinayətin motivlərini hüquq-mühafizə orqanları müəyyənləşdirir.

Müstəntiqlər azyaşlının öldürülməsi ilə bağlı cinayət işi açıb. Bağça əməkdaşları və mühafizəçiləri isə təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərdiklərinə və səhlənkarlığa görə məsuliyyətə cəlb olunacaq.

Son xəbərlər

Orphus sistemi