Rusiyada 500 ədəd almaz oğurlayan qrup üzvləri saxlanılıblar

Rusiyada 500 ədəd almaz oğurlayan qrup üzvləri saxlanılıblar Rusiyanın İstintaq Komitəsi (İK) və Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin ən böyük almaz hasil edən Alrosa şirkətinin əməkdaşını və onunla əlbir olan iki şəxsi dəyəri milyonlarla dollar olan 500-dən çox almaz və brilyant oğurladıqlarına görə saxlayıb.
Region
10 İyun , 2019 12:02
Rusiyada 500 ədəd almaz oğurlayan qrup üzvləri saxlanılıblar
iStockPhoto

Rusiyanın İstintaq Komitəsi (İK) və Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin ən böyük almaz hasil edən "Alrosa" şirkətinin əməkdaşını və onunla əlbir olan iki şəxsi dəyəri milyonlarla dollar olan 500-dən çox almaz və brilyant oğurladıqlarına görə saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İK-nın rəsmi nümayəndəsi Svetlana Petrenko jurnalistlərə bildirib.

İstintaqın versiyasına görə, "Alrosa" şirkətinin əməkdaşı Yelena Kanunnikova müntəzəm olaraq xammal formasında olan yüksək keyfiyyətli almazları oğurlayıb və onları Vladimir Tabidze Vladimir Qordinskinin vasitəçiliyi ilə reallaşdırıb.

Qruplaşma üzvləri növbəti oğurluq cəhdi zamanı saxlanılıblar.

FTX-nin yaydığı məlumata görə, saxlanılan şəxslərin evindən qiymətli daşların anbarı aşkar olunub. "Dəyəri 3 milyon dollardan çox, ümumi kütləsi isə 2 min karat olan təbii almaz və 11 brilliant aşkar olunaraq müsadirə edilib. Eyni zamanda evdən 2 milyon dollar və 500 min avro nağd pul tapılıb", - məlumatda deyilir.

Şübhəlilər nəzarətə götürülüblər. Onlara qarşı "Oğurluq" və "Təbii qiymətli daşların qeyri-qanuni dövriyyəsi" maddələri üzrə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi