Rusiyada 394 hamilə koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin mamaçılıq və ginekologiya üzrə mütəxəssisi Leyla Adamyan bildirib.
Onun sözlərinə görə, həmin qadınların 276-sı Moskvadadır və səhhətləri ağır deyil.
Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə qurbanların sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.