Rusiyada 40 yaşlı şəxs tanışını öldürdükdən sonra yeyib

Rusiyada 40 yaşlı şəxs tanışını öldürdükdən sonra yeyib Saxlanılan şəxs polisə hadisə barədə özü məlumat verib
Region
5 Oktyabr , 2017 20:27
Rusiyada 40 yaşlı şəxs tanışını öldürdükdən sonra yeyib
Fotolia / O.Farion

Bakı. 5 oktyabr. REPORT.AZ/ Tatarıstanda şizofreniyadan əziyyət çəkən şəxs tanışını öldürdükdən sonra onun bədəninin bir hissəsini yeyib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 5-də Aksubayev rayonunun Yeni İlderyakovo kəndində 53 yaşlı kişi meyiti tapılıb: "Meyitin boyun və qarın nahiyələrində kəsilmiş yara izləri müəyyən edilib. Şizofreniyadan əziyyət çəkən 40 yaşlı yerli sakin cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılb. O, cinayəti törətdiyini etiraf edib”.

Qeyd edək ki, saxlanılan şəxs polisə hadisə barədə özü məlumat verib.

Son xəbərlər

Orphus sistemi