Rusiyada 21 yaşlı futbolçunu qətlə yetirənlər saxlanıldı

Rusiyada 21 yaşlı futbolçunu qətlə yetirənlər saxlanıldı Rusiyada “İrtış” futbol komandasının keçmiş oyunçusu, 21 yaşlı Yeqor Drobışın qətlində şübhəli bilinən şəxslər saxlanılıb.
Region
31 Yanvar , 2021 10:51
Rusiyada 21 yaşlı futbolçunu qətlə yetirənlər saxlanıldı

Rusiyada “İrtış” futbol komandasının keçmiş oyunçusu, 21 yaşlı Yeqor Drobışın qətlində şübhəli bilinən şəxslər saxlanılıb.

“Report”un məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə nümayəndəliyi xəbər yayıb.

Qeyd olunub ki, 33 yaşlı şəxs öz evində, ikinci şübhəli isə tanışının mənzilində saxlanılıb.

Xatırladaq ki, Y. Drobış dostu Vitali Romançukla mağazadan qayıdan zaman onlara soyğunçuluq məqsədilə hücum edilib. Romançuk boynundan, Drobış isə sinəsindən bıçaq zərbəsi alıb. Futbolçu aldığı zərbələrdən həyatını itirib.

Son xəbərlər

Orphus sistemi