General: "Rusiya Zaporojyedə kimyəvi silahdan istifadə edib"

General: "Rusiya Zaporojyedə kimyəvi silahdan istifadə edib" Rusiya Ukraynanın Zaporojye vilayətində kimyəvi silahdan istifadə edib.
Region
7 avqust 2023 12:59
General: Rusiya Zaporojyedə kimyəvi silahdan istifadə edib

“Rusiya Ukraynanın Zaporojye vilayətində kimyəvi silahdan istifadə edib”.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski teleqramda yazıb.

Onun sözlərinə görə, qarşı tərəf Ukrayna ordusunun irəliləyişini dayandırmaq üçün hər şey edir: “Amma məqsədinə nail ola bilmir”.

Qeyd edək ki, daha əvvəl, iyunun 25-də də Rusiya ordusunun Donetsk vilayətində kimyəvi silahdan istifadə etdiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi