Rusiya Yəhudi Konqresinin prezidenti: "Postsovet məkanında ən yüksək antisemitizm səviyyəsi Ermənistandadır"

Rusiya Yəhudi Konqresinin prezidenti: "Postsovet məkanında ən yüksək antisemitizm səviyyəsi Ermənistandadır" Ermənistanda antisemitizm hökumətin millətçilik siyasəti ilə bağlıdır
Region
26 yanvar 2018 13:23
Rusiya Yəhudi Konqresinin prezidenti: Postsovet məkanında ən yüksək antisemitizm səviyyəsi Ermənistandadır
Report

Moskva. 26 yanvar. REPORT.AZ/ Ermənistanda antisemitizm hökumətin millətçilik siyasəti ilə bağlıdır.

"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner Holokost qurbanlarının anım gününə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Antidefamasiya Liqasının (ADL) son araşdırmalarında postsovet məkanında ən yüksək antisemitizm səviyyəsinin (60%-dən çox) Ermənistanda mövcud olduğu müəyyən olunub: "Müqayisə üçün qeyd edim ki, Azərbaycanda və Gürcüstanda bu göstərici dünya üzrə orta göstərici səviyyəsindədir".

O, Ermənistan, Ukrayna və Baltikyanı ölkələrdə antisemitizmin yüksək səviyyəsini həmin dövlətlərin hökumətlərinin millətçilik siyasəti ilə əlaqələdirib.

Onun sözlərinə görə, Rusiyada antisemitizmin aşağı səviyyədə (24%) olması sayı 200 milyon nəfərdən çox olan rusiya müsəlmanlarının yəhudilərə xoş münasibəti ilə bağlıdır.

RYK prezidenti qeyd edib ki, daha çox sayda və daha fəal yəhudi diasporları Rusiyanın ənənəvi müsəlman bölgələrində - Kazanda və Ufada fəaliyyət göstərirlər.

Qeyd edək ki, 27 yanvar tarixi BMT tərəfindən Holokost qurbanlarının Beynəlxalq Anma Günü kimi müəyyən edilib. II Dünya müharibəsi dövründə nasist düşərgələrində 6 milyon yəhudi, başqa sözlə, Avropadakı bütün yəhudilərin yarısı qədəri öldürülüb.

Son xəbərlər

Orphus sistemi