Rusiya XİN: "Gürcüstana aviareyslərə qadağa ləğv oluna bilər"

Rusiya XİN: "Gürcüstana aviareyslərə qadağa ləğv oluna bilər" “Rusiyanın aviaşirkətlərinə Gürcüstana reys yerinə yetirməsinə qoyulmuş qadağa zəruri ilkin şərtlər yaradılandan sonra ləğv oluna bilər”
Region
29 dekabr 2021 12:53
Rusiya XİN: Gürcüstana aviareyslərə qadağa ləğv oluna bilər

“Rusiyanın aviaşirkətlərinə Gürcüstana reys yerinə yetirməsinə qoyulmuş qadağa zəruri ilkin şərtlər yaradılandan sonra ləğv oluna bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “RİA Novosti”yə müsahibəsində deyib.

O bildirib ki, Rusiya davam edən COVID-19 pandemiyası şəraitində ayrı-ayrı dövlətlərlə aviareyslərin bərpası ilə bağlı qərar verərkən ilk növbədə bu və ya digər ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alır.

XİN başçısının müavini əlavə edib ki, Gürcüstanla bağlı siyasi faktor da nəzərə alınmalıdır: “Birbaşa reyslərin ləğvi müvəqqəti xarakter daşıyır və aradan qaldırıla bilər. Bunun üçün şərtlər Gürcüstan tərəfinə yaxşı bəllidir və onları təkrarlamağa ehtiyac yoxdur”.

A.Rudenko vurğulayıb ki, uçuşlara 2019-cu ilin iyulundan tətbiq edilən qadağa gürcü radikallarının törətdiyi məlum anti-Rusiya təxribatına cavab olaraq məcburi addım kimi atılıb.

Son xəbərlər

Orphus sistemi