Rusiya XİN başçısı Pelosinin Tayvana səfərinə münasibət bildirib

Rusiya XİN başçısı Pelosinin Tayvana səfərinə münasibət bildirib Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib.
Region
3 Avqust , 2022 10:19
Rusiya XİN başçısı Pelosinin Tayvana səfərinə münasibət bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu məsələdə Vaşinqtonu tənqid edib.

"Pelosinin Tayvana səfəri ABŞ-ın öz cəzasızlığını hamıya sübut etmək istəyini əks etdirir. ABŞ-ın nəyə güvəndiyini deyə bilmərəm. Lakin Vaşinqtonun Ukraynadakı xəttini davam etdirdiyinə şübhə etmirəm", - S.Lavrov əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya XİN yaydığı bəyanatda ABŞ-ın addımlarını təxribat xarakterli hadisə kimi qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi