Rusiya XİN: Azərbaycan-Ermənistan nəqliyyat marşrutlarının inkişafı layihələri davam edir

Rusiya XİN: Azərbaycan-Ermənistan nəqliyyat marşrutlarının inkişafı layihələri davam edir “Rusiya, Azərbaycan və Ermənistan arasında baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfl İşçi Qrup çərçivəsində işlər ola bilsin, istədiyimiz qədər sürətli deyil, amma dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirməklə nəqliyyat marşr
Region
317
24 Mart , 2022 19:17
Rusiya XİN: Azərbaycan-Ermənistan nəqliyyat marşrutlarının inkişafı layihələri davam edir

“Rusiya, Azərbaycan və Ermənistan arasında baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfl İşçi Qrup çərçivəsində işlər ola bilsin, istədiyimiz qədər sürətli deyil, amma dəmir yolu və avtomobil kommunikasiyalarına xüsusi diqqət yetirməklə nəqliyyat marşrutlarının inkişafı üzrə layihələr paketinin əlaqələndirilməsi davam edir”.

“Report” xəbər verir ki, bunları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Ermənistan və Azərbaycan tərəfindən razılaşmaların yerinə yetirilməsi məsələsini şərh edərkən deyib.

Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonra demarkasiyasına başlanılması prosesinə gəlincə, Zaxarova nazirliklərarası təmasların da davam etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi