Rusiya XİN vətəndaşlara xaricə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edib

Rusiya XİN vətəndaşlara xaricə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edib Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xaricə səfər edərkən amerikalı hüquq-mühafizə orqanlarının onlara qarşı iradının olmasına əsas olduğu təqdirdə, diqqətli olmalarını tövsiyə edib.
Region
5 Yanvar , 2019 16:38
Rusiya XİN vətəndaşlara xaricə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xaricə səfər edərkən amerikalı hüquq-mühafizə orqanlarının onlara qarşı iradının olmasına əsas olduğu təqdirdə, diqqətli olmalarını tövsiyə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazir müavininin sözlərinə görə, ABŞ hökuməti Rusiya vətəndaşlarına qarşı "ovu" davam etdirir, buna görə də XİN vətəndaşlara xaricə səfərlərin nəticələrini göz önünə almağı tövsiyə edir: "Çünki nə təhlükəsiz yer var, nə də zəmanət. Rusiyalılar Birləşmiş Ştatların tələbi ilə üçüncü ölkələrdə saxlanılır və Vaşinqtona verilir. Buna görə burada ehtiyatlı olmaq lazımdır".

O əlavə edib ki, rusiyalı diplomatlar ABŞ Federal Təhqiqatlar Bürosunun tələbi ilə Saypan adasında saxlanılan Dmitri Makarenkoya konsulluq çıxışı tələb ediblər.

Son xəbərlər

Orphus sistemi