"Rusiya və Türkiyə arasında Suriyadakı vəziyyətlə bağlı təmaslar davam edir".
"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiyanın Türkiyə ilə diplomatik əlaqələri var. Suriya probleminə dair təmaslar kəsilməyib, hər gün əlaqədəyik. Hərbçilərimiz, ekspertlər, hətta nazirlərimizin telefon danışığı olur", - o qeyd edib.
M.Zaxarova zərurət yaranacağı təqdirdə iki ölkənin nümayəndələrinin görüşəcəyini də mümkün sayıb.