Rusiya XİN: "Transxəzər qaz kəməri Xəzər dənizinin bütün ölkələri ilə razılaşdırılmalıdır"

Rusiya XİN: "Transxəzər qaz kəməri Xəzər dənizinin bütün ölkələri ilə razılaşdırılmalıdır" Bakı. 17 avqust. REPORT.AZ/ Transxəzər boru kəmərinin çəkilişi Xəzəryanı dövlətlərin hamısı ilə razılaşdırılmalıdır.
Region
17 Avqust , 2018 17:14
Rusiya XİN: Transxəzər qaz kəməri Xəzər dənizinin bütün ölkələri ilə razılaşdırılmalıdır

Bakı. 17 avqust. REPORT.AZ/ Transxəzər boru kəmərinin çəkilişi Xəzəryanı dövlətlərin hamısı ilə razılaşdırılmalıdır.

"Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in xüsusi işlər üzrə elçisi İqor Bratçikov bildirib.

"Transxəzər boru kəmərlərinin inşası üzrə real planlar yaranan zaman Xəzəryanı ölkələrdən hər biri lazim biləcəyi təqdirdə, belə konstruksiyların inşasının Xəzər dənizinin ekologiyasına təsirinin qiymətləndirilməsi proseduruna layihələşdirmə mərhələsindən qoşula bilər", - İ.Bratçikov deyib.

Son xəbərlər

Orphus sistemi