Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb

Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb Tədbir rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də yayımlanacaq
Region
10 Yanvar , 2017 15:02
Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada ötən ilin yekununa həsr edilən böyük ənənəvi mətbuat kofransı keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Xəbərdə bildirilib ki, tədbir Bakı vaxtı ilə saat 11:30-da Rusiya XİN-in Mətbuat Mərkəzində keçiriləcək.

Mətbuat konfransı rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də birbaşa yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi