​Rusiya XİN başçısı Ermənistandakı aksiyalara münasibət bildirib

​Rusiya XİN başçısı Ermənistandakı aksiyalara münasibət bildirib Sergey Lavrov: "Baş verənlərin kökündə sırf iqtisadi məsələlər durur"
Region
2 İyul , 2015 17:25
​Rusiya XİN başçısı Ermənistandakı aksiyalara münasibət bildirib

Bakı. 2 iyul. REPORT.AZ/ "Ermənistanda baş verən hadisələrdən çoxları hakimiyyətə qarşı istifadə etməyə çalışdı, ancaq baş verənlərin kökündə sırf iqtisadi məsələlər durur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri məsələyə dair əlavə şərh verməyib. 

Xatırladaq ki, Ermənistanda iyunun 19-dan etiraz aksiyaları keçirilir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.


Son xəbərlər

Orphus sistemi