Rusiya XİN 35 amerikalı diplomatın "arzuolunmaz şəxs" elan olunmasını təklif edib

Rusiya XİN 35 amerikalı diplomatın "arzuolunmaz şəxs" elan olunmasını təklif edib Sergey Lavrov: "Təbii ki, belə addımları cavabsız qoya bilmərik"
Region
30 Dekabr , 2016 14:53
Rusiya XİN 35 amerikalı diplomatın arzuolunmaz şəxs elan olunmasını təklif edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiya ABŞ-ın 35 diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Təbii ki, belə addımları cavabsız qoya bilmərik. Qarşılıq vermək diplomatiyanın və beynəlxalq münasibətlərin qanunudur. Bu səbəbdən Rusiya Xarici İşlər Nazirliyi digər dövlət qurumlarındakı həmkarlarla birlikdə ABŞ-ın Moskvadakı səfirliyinin 31 əməkdaşının, eləcə də Sankt-Peterburqdakı baş konsulluğun 4 diplomatının persona non-grata elan edilməsi haqqında Rusiya prezidentinə təklifi irəli sürüb" -  S.Lavrov vurğulayıb.

Nazir deyib ki, XİN həmçinin ABŞ-ın Rusiyanın paytaxtındakı iki obyektdən istifadəsinə qadağa qoyulmasını təklif edib. Onun sözlərinə görə, amerikalıların Rusiyanı ABŞ-da keçirilən seçkilərə müdaxilə etməklə bağlı ittihamları əsassızdır.

Son xəbərlər

Orphus sistemi