Rusiya Xəzərdə hərbi təlim keçirib

Rusiya Xəzərdə hərbi təlim keçirib Təlimdə 200-ə yaxın hərbçi, təxminən 20 döyüş və xüsusi texnika iştirak edib
Region
28 Sentyabr , 2017 09:39
Rusiya Xəzərdə hərbi təlim keçirib
РИА Новости / Григорий Сысоев

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya Xəzər Donanmasının dəniz piyadaları Dağıstan Muxtar Respublikasına desant çıxarılması təlimi keçiriblər.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Təlim Dağıstan ərazisindəki dəniz piyadalarının “Skorpion” təlim kompleksinin poliqonunda keçirilib.

V.Astafyevin sözlərinə görə, təlimdə 200-ə yaxın hərbçi, təxminən 20 döyüş və xüsusi texnika, eləcə də donanmanın suüstü gəmilərindən ibarət briqadasının heyətindən desantların “Serna” tipli 3 sürətli kateri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi