Rusiya Xəzər dənizində nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq layihəsini təsdiqləyib

Rusiya Xəzər dənizində nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq layihəsini təsdiqləyib Bakı. 2 avqust. REPORT.AZ/ Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.
Region
2 Avqust , 2018 10:29
Rusiya Xəzər dənizində nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq layihəsini təsdiqləyib
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedevin sərəncamında deyilir.

Sərəncamda Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq üçün təlimat verilib.

Təqdimat qeydinə əsasən, gələcək razılaşmaların məqsədi Xəzər dənizi regionunun inkişaf etmiş infrastrukturlu və beynəlxalq daşınmalarda yüksək səviyyəli qarşılıqlı əlaqəli böyük beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi formalaşdırılması və inkişaf etdirilməsidir.

Son xəbərlər

Orphus sistemi