Rusiya Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə növbəti hava zərbələri endirib - VİDEO

Rusiya Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə növbəti hava zərbələri endirib - VİDEO Bütün hədəflər məhv edilib
Region
104
20 Noyabr , 2015 20:03
Rusiya Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə növbəti hava zərbələri endirib - VİDEO

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiya Xəzər dənizi akvatoriyasından İŞİD-in Suriyadakı mövqelərinə növbəti hava zərbələri endirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə raport verən müdafiə naziri Sergey Şoyqu bildirib ki, hava əməliyyatı zamanı raket zərbələri Aralıq və Xəzər dənizi akvatoriyasından 1 500 km aralıqda Rusiya və Suriya aedromlarından endirilib. Xəzər dənizi tərəfindən zərbələr 29 təyyarə tərəfindən endirilib.

Onun sözlərinə görə, Aralıq dənizi akvatoriyasından hərbi tapşırığı yerinə yetirən Tu-160 təyyarələrinin uçuş məsafəsi 13 000 kilometrdən çoxdur.

Rusiyanın Xəzər flotiliyası Suriya ərazisindəki Rakka, İdlib və Aleppo əyalətlərindəki İŞİD yaraqlılarına məxsus obyektlərə 18 "Kalibr" qanadlı raketlər buraxıb. Məlumatda bildirilir ki, bütün hədəflər məhv edilib.

Son xəbərlər

Orphus sistemi