Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin yaxın zamanda Türkiyə xarici kəşfiyyat idarəsinin rəisi İbrahim Kalınla görüşə bilər.
“Report” xəbər verir ki, bu barədə S. Narışkin TASS-a müsahibəsində deyib.
O bildirib ki, son bir neçə ildə Rusiya və Türkiyə xarici kəşfiyyat idarələri arasında kifayət qədər fəal əlaqələr var: “İbrahim Kalın bu vəzifəyə təyin olunduğu gün onu təbrik etdim. İndiyə qədər heç bir görüş olmayıb, amma qarşılıqlı əlaqə davam edir. Bizim yaxşı etibarlı kanalımız, qarşılıqlı nümayəndələrimiz var”.
Qeyd edək ki, İ. Kalın bu il iyunun 5-də Türkiyə Xarici Kəşfiyyat İdarəsinin yeni rəisi təyin olunub. O, bu vaxtadək Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü vəzifəsini icra edirdi.