Rusiya və Türkiyə yeni hərbi texnika hazırlaya bilər

Rusiya və Türkiyə yeni hərbi texnika hazırlaya bilər Rusiya və Türkiyə quru qoşunlarından istifadə edilmək üçün yeni hərbi texnika hazırlaya bilər.
Region
26 Avqust , 2021 10:48
Rusiya və Türkiyə yeni hərbi texnika hazırlaya bilər

Rusiya və Türkiyə quru qoşunlarından istifadə edilmək üçün yeni hərbi texnika hazırlaya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rostex”ə daxil olan “Rosoboroneksport”un mətbuat xidmətindən “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu zamanı məlumat verilib.

Məlumata görə, Türkiyə və Rusiya üçüncü ölkələr də daxil olmaqla, birgə layihələr həyata keçirirlər.

Bildirilib ki, Türkiyədən olan tərəfdaşlarla quru qoşunlarında istifadə ediləcək yeni hərbi texnikalar hazırlanması barədə bir sıra perspektiv layihələr mövcuddur.

Qeyd edək ki, “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu 22-28 avqust tarixləri arasında keçirilir.

Son xəbərlər

Orphus sistemi