Rusiya və İsrail prezidentləri arasında telefon danışığı olub

Rusiya və İsrail prezidentləri arasında telefon danışığı olub Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Region
9 Avqust , 2022 14:22
Rusiya və İsrail prezidentləri arasında telefon danışığı olub

Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, məlumatı “The Jerusalem Post” yayıb.

Prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri, İsraildən kənardakı yəhudi diasporunun fəaliyyətini və Rusiyadakı “Soxnut” Yəhudi Mərkəzi ilə bağlı problemləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Basmann Rayon Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin vəsadəti əsasında ölkə qanunlarına zidd fəaliyyətinə görə “Soxnut” təşkilatının fəaliyyətini dayandırıb.

Son xəbərlər

Orphus sistemi