Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, onlar ikitərəfli münasibətlərin gələcək inkişafına dair məsələləri müzakirə ediblər. Tərəflər İranın nüvə proqramı ətrafında yaranan vəziyyətin danışıqlar yolu ilə həllinin vacibliyinə dair fikir mübadiləsi ediblər.
Vladimir Putin İbrahim Rəisiyə iyunun 8-də baş verən qatar qəzası ilə bağlı baş sağlığı verib.
Qeyd edək ki, həmin hadisə nəticəsində 21 nəfər ölüb, 87 nəfər yaralanıb.