Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə telefon danışığında Suriyadakı vəziyyəti, eləcə də Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə "Report" Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir.
"Rusiya prezidenti Vladimir Putinin bu il noyabrın 1-də Tehrana işgüzar səfərinin yekunları ilə əlaqədar beynəlxalq arenada ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Nazirlər həmçinin Suriya məsələsinin nizamlanmasındakı son vəziyyətlə, eləcə də Xəzər dənizində əməkdaşlığın hədəfləri ilə bağlı fikir mübadiləsi aparıb", - Rusiya XİN-in bəyanatında deyilir.
Müxtəlif səviyyələrdə qarşıda nəzərdə tutulan əlaqələrin qrafikinə də xüsusi diqqət ayrılıb.