Rusiya və İran prezidentləri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib

Rusiya və İran prezidentləri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib Putin: "Bu müddət ərzində ikitərəfli münasibətlərin inkişafında uzun yol qət etmişik, dostluq münasibətlərimiz güclənir"
Region
8 Avqust , 2016 17:55
Rusiya və İran prezidentləri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib

Bakı. 8 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə Bakıda keçirdiyi görüşdə Rusiya-İran münasibətlərində bütün sahələrdə irəliləyiş olduğunu qeyd edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bu müddət ərzində ikitərəfli münasibətlərin inkişafında uzun yol qət etmişik, dostluq münasibətlərimiz güclənir, o çoxşaxəli xarakter daşıyır. Bu, iqtisadi münasibətlərə, siyasi əlaqələrə və humanitar sahəyə də aiddir", - deyə V.Putin bildirib.

O, görüşün təşkili üçün Azərbaycanın dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib və bu görüşün həm də regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaratdığını söyləyib.

Son xəbərlər

Orphus sistemi