Rusiya və İran arasında hərbi əməkdaşlıq haqda razılaşma imzalanıb

Rusiya və İran arasında hərbi əməkdaşlıq haqda razılaşma imzalanıb Şoyqu Tehrana səfər edib
Region
20 Yanvar , 2015 11:43
Rusiya və İran arasında hərbi əməkdaşlıq haqda razılaşma imzalanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfər edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib.

S.Şoyqu İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqanla qlobal, regional təhlükəsizlik, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın fəallaşdırılmasına dair məsələləri müzakirə edib.

Səfər zamanı S.Şoyqu ilə H.Dehqan hərbi əməkdaşlıq haqda hökumətlərarası razılaşmanı da imzalayıblar.

Son xəbərlər

Orphus sistemi