Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanın görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, S.Lavrov üçtərəfli bəyanatların müddəalarının icrasının, o cümlədən Qarabağda sülhməramlıların fəaliyyətinin davam edəcəyini bildirib.
Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
“İndi Ermənistan KTMT-yə sədrlik edir. Ona görə də bizim öz davranışlarımızı Ermənistanın bu təşkilatın üzvlərinə təqdim etdiyi planlarla müqayisə etməyimiz vacibdir”, - S.Lavrov söyləyib.