Rusiya və Ermənistan Qafqazda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mərkəzini yaradacaq

Rusiya və Ermənistan Qafqazda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mərkəzini yaradacaq Mərkəzin tərkibi və vasitələrinə aviasiya qrupu, axtarış-xilasetmə və digər hissələrin daxil edilməsi nəzərdə tutulub
Region
27 Dekabr , 2014 12:07
Rusiya və Ermənistan Qafqazda fövqəladə halların qarşısının alınması və aradan qaldırılması mərkəzini yaradacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ RF hökuməti Rusiya və Ermənistan arasında humanitar reaksiya mərkəzinin yaradılması haqqında razılaşma layihəsini təsdiq edib. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, sənəd sənaye qəzaları, təbii fəlakətin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində ikitərəfli əməkdaşlıq üzrə tədbirlər çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanıb.  

Rusiya FHN-ə RF XİN ilə birgə Ermənistan tərəfi ilə danışıqların aparılması və razılıq əldə olunduqda RF hökuməti adından qeyd olunmuş müqavilənin imzalanması tapşırılıb. Mərkəz BMT, Avropa İttifaqının profil strukturları və digər beynəlxalq təşkilatlarla münasibət saxlayacaq. 

Mərkəzin öhdəliklərinə fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə məsələlər, o cümlədən yanğınların söndürülməsi, axtarış-xilasetmə əməliyyatların dəstəklənməsi, humanitar yardımın çatdırılması, milli xidmət heyətinin ixtisasının artırılması və s. daxildir.

Tərəflərin razılığı ilə mərkəzin tərkibi və vasitələrinə aviasiya qrupu, axtarış-xilasetmə və digər hissələrin daxil edilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi