Rusiya və ABŞ yaxın həftələrdə Strateji Hücum Silahları Sazişi ("START I", "New START") çərçivəsində təftişin bərpası məsələsi ilə bağlı ikitərəfli məşvərət komissiyasının iclasının keçirilməsi imkanını müzakirə edir.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “
“Bu məsələ ilə bağlı "New START" (Strateji Silahların Azaldılması Sazişi) çərçivəsində ABŞ və Rusiya arasında təmaslar davam edir. İndi əsas müzakirə məsələsi məşvərət komissiyasının tərkibinin müəyyənləşdirilməsidir. Əgər Vaşinqton əngəl yaratmasa, o zaman yaxın gələcəkdə təftişi bərpa etmək üçün tərəflərin görüşü baş tuta bilər”, - “İzvestiya”ya durumla tanış mənbə bildirib.
“Kommersant”ın xəbərinə görə, tərəflər ilk dəfə olaraq məşvərət komissiyasının iclasının keçirilmə yeri kimi Yaxın Şərq regionunu nəzərdən keçirirlər. Belə ki, daha öncə görüşlər İsveçrənin Cenevrə şəhərində keçirilirdi.
Qeyd edək ki, “New START” sazişi 2010-cu ildə Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama tərəfindən on il müddətinə imzalanıb və daha beş il müddətə uzadılması mümkündür. Sənəd 2011-ci ildə qüvvəyə minib. 2021-ci ildə Rusiya Prezidenti Vladimir Putin müqavilənin müddətinin 2026-cı il fevralın 5-dək uzadılması haqqında sazişi ratifikasiya edib.
Sənədə əsasən, hər bir tərəf 1 550-dən çox istifadəyə hazır nüvə başlığına, 700-dən çox yerləşdirilmiş qitələrarası ballistik raketlərə (QBR), sualtı qayıqlardan buraxılan ballistik raketlərə (SQBBR) və strateji raket daşıyan bombardmançı təyyarələrə, eyni zamanda QBR, SQBBR və bombardmançıların 800-dən çox buraxılış qurğularına malik ola bilməz.
Rusiya və ABŞ bir-birlərinin obyektlərində yoxlamalar aparmalı olsalar da, 2020-ci ildə tərəflər pandemiya səbəbindən bu fəaliyyəti dondurublar.