Bakı. 14 may. REPORT.AZ/ Rusiya Ukraynanın borcunun ödənilməsi şərtlərinə yenidən baxmaq istəmir. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib.
"Biz borcun ödənilməsi əməliyyatında iştirak etməyəcəyik. İyunda Kiyevdən kreditin növbəti hissəsini ödəməsini gözləyirik", - o qeyd edib.
Xəbərdə bildirilib ki, Rusiya Ukraynanın borclarını bağışlamaqdan imtina edib.