Rusiya Ukraynaya “S-300” raketi atıb, 2 nəfər ölüb, 29 nəfər yaralanıb

Rusiya Ukraynaya “S-300” raketi atıb, 2 nəfər ölüb, 29 nəfər yaralanıb Ukraynanın Slavyansk şəhərinə Rusiyanın iki “S-300” raketi atması nəticəsində 2 nəfər ölüb, 29 nəfər yaralanıb.
Region
27 Mart , 2023 15:32
Rusiya Ukraynaya “S-300” raketi atıb,  2 nəfər ölüb, 29 nəfər yaralanıb

Rusiya ordusu martın 27-də Ukraynanın Slavyansk şəhərinə iki “S-300” raketi atıb. Nəticədə 2 nəfər ölüb, 29 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Raket zərbələri nəticəsində 7 çoxmərtəbəli binaya və 5 şəxsi evə ziyan dəyib.

Bu gün Rusiya ordusu Ukraynanın Drujkovka rayonuna da “S-300” zenit-raket kompleksi ilə zərbə endirib. Raketlərdən ikisi uşaq internat-evinə düşərək binanı tamamilə dağıdıb.

Son xəbərlər

Orphus sistemi