Rusiya Ukraynanın silahlanmasından narahatdır

Rusiya Ukraynanın silahlanmasından narahatdır “Rəsmi Moskva Qərbin Kiyevə silah tədarükünü davam etdirməsindən narahatdır”.
Region
21 fevral 2022 00:17
Rusiya Ukraynanın silahlanmasından narahatdır

“Rəsmi Moskva Qərbin Kiyevə silah tədarükünü davam etdirməsindən narahatdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov CBS telekanalına müsahibəsindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Ukraynanın misli görünməmiş silahlanmasından narahatıq. Hər gün Kiyevə içərisində tank əleyhinə sistemləri, qumbaraatanları və atıcı silahları olan təyyarələr enir. Mövcud vəziyyətə aydınlıq gətirmək istərdim.

Rusiya ABŞ üçün təhlükə yaratmır, Ukraynanı təhdid etmir. Biz Vaşinqtonda və ya Kiyevdə sabitliyi pozmağa çalışmırıq. Amerikalılar və ukraynalılar bizim düşmənimiz deyil”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi