Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb

Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb Ondan 2 tapança, 5 qumbara, 50 ədəd 5,45 mm çapında güllə, 26 ədəd ampula götürülüb
Region
23 Oktyabr , 2017 15:39
Rusiya-Ukrayna sərhədində atışma olub, bir nəfər yaralanıb
ТАСС, Евгений Епанчинцев

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ukraynanın 31 yaşlı vətəndaşı ilə Rusiya sərhədçiləri arasında Kursk vilayəti ərazisində atışma olub.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyətlə əlaqələr mərkəzi yayıb. 

“Federal Təhlükəsizlik Xidmətinin Kursk vilayəti üzrə Sərhəd idarəsinin əməkdaşları tərəfindən Ukraynadan Rusiyaya dövlət sərhədini qanunsuz yolla keçən 31 yaşlı Ukrayna vətəndaşı saxlanılıb”, - deyə məlumatda vurğulanıb.

Məlumata görə, sərhədi pozan şəxs saxlanılan zaman atəş açıb: “Atışma nəticəsində o, ağır yaralanıb”.

Saxlanılan şəxsdən iki tapança, 5 qumbara, 50 ədəd 5,45 mm çapında güllə, 26 ədəd ampula götürülüb. Ampulanın civə olduğu ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi