​Rusiya Türkiyənin 8, Ankara isə Rusiyanın 27 gəmisini saxlayıb

​Rusiya Türkiyənin 8, Ankara isə Rusiyanın 27 gəmisini saxlayıb Tərəflər arasında yazışmalardan sonra Rusiya rəsmiləri Türkiyə nümayəndələri ilə görüşmək istədiklərini bildiriblər
Region
16 Dekabr , 2015 09:53
​Rusiya Türkiyənin 8, Ankara isə Rusiyanın 27 gəmisini saxlayıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya Qara dəniz limanında Türkiyə bayrağı altında üzən 8 gəmini saxlayıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bundan sonra Türkiyə də Rusiyanın 27 gəmisini saxlayıb. Öncə ruslar 5 gəmini saxlayıb və Türkiyə Rusiyanın gəmiləri buraxmasını gözləyib, ancaq türk bayrağı altında üzən və rusların saxladıqları gəmilərin sayının artması qarşı tərəfi uyğun davranmağa məcbur edib.

Xəbərə əsasən, tərəflər arasında yazışmalardan sonra Rusiya rəsmiləri görüşmək istədiyini bildirib. Türkiyənin uyğun qurumlarının məsul şəxsləri görüş haqda məlumatı belə dəyərləndirib: "Görüşün formatı və tarixi hələ ki məlum deyil. Sadəcə olaraq, görüşmək və problemin aradan qaldırılması ilə bağlı bir niyyət meydana çıxıb".

Son xəbərlər

Orphus sistemi