Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə, Rusiya və İranın dövlət başçılarının Suriya münaqişəsinin nizamlanması üzrə üçüncü görüşü bu ilin sentyabr ayının ilk həftəsində keçirilməsi planlaşdırılır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın məlumat verib.
Onun sözlərinə görə, görüş Tehranda keçiriləcək.