Rusiya TŞ katibi və ABŞ Prezidentinin köməkçisi arasında telefon danışığı olub

Rusiya TŞ katibi və ABŞ Prezidentinin köməkçisi arasında telefon danışığı olub Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub
Region
16 Mart , 2022 17:49
Rusiya TŞ katibi və ABŞ Prezidentinin köməkçisi arasında telefon danışığı olub

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıq zamanı xüsusi diqqət Ukrayna ətrafındakı vəziyyətə ayrılıb.

Agentliyin məlumatına görə, N.Patruşev rəsmi Kiyevin kənardan göstəriş əsasında danışıqları ləngitmək cəhdlərinin yolverilməzliyi ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb. O, böhranın diplomatiya yolu ilə həllində sürətli irəliləyiş üçün ABŞ-ı Kiyevə təsir göstərməyə çağırıb.

Bildirilib ki, telefon danışığı ABŞ-ın təşəbbüsü əsasında baş tutub.

Son xəbərlər

Orphus sistemi