İlk xəbər 21:27-də dərc olunub
Bakı. 25 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin qərbində yerləşən Azez rayonunda türkmənlərə yardım aparan yük maşınları havadan atəşə tutulub.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, nəticədə 20 yük maşını sıradan çıxıb.
Həmçinin bombardıman zamanı 7 sürücü həyatını itirib, 10 nəfər yaralanıb.
"Anadolu" yazır ki, yerli mənbələr yük maşınlarının Rusiya təyyarələri tərəfindən atəşə tutulduğunu qeyd edirlər.


