Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb

Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb.
Region
4 İyul , 2018 15:21
Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Birliyinin və Cənub Hərbi Dairəsi Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı Viktor Sevostaynov Krasnodarda “Su-25” döyüş təyyarələrinin pilotları ilə görüşündə bildirib.

“Suriyanın Xmeymim aviabazasında daimi dislokasiya olunan məntəqələrindən Rusiya aerodromlarına 27 təyyarə və helikopter, uçuş-texniki heyətinin mütəxəssisləri, tibbi dəstə, xüsusi təyinatlı və hərbi polis qayıdıb”, - o bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşü zamanı bildirmişdi ki, son günlər Suriya ərazisini 13 təyyarə, 14 helikopter və şəxsi heyətdən 1140 nəfər tərk edib.

Son xəbərlər

Orphus sistemi