Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasını genişləndirir.
Region
13 Dekabr , 2017 14:50
Rusiya Suriyadakı hərbi donanmasını genişləndirir

Bakı. 13 dekabr. REPORT.AZ/ Rusiya Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasını genişləndirir.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı müqaviləni Dumaya təqdim edib.

Rusiya ilə Suriya arasında müqavilə 49 il müddətinə bağlanıb.

Rusiya hərbi bazası Suriyanın mülki və idarəetmə sistemindən tamamilə azad olacaq, bölgədəki ortaq müəssisələrdən heç bir ödəniş etmədən istifadə edəcək. 

Sənədə görə, Rusiya donanmanı qorumaq üçün bazaya istənilən sayda hərbçi göndərə bilər. Tartus və Xmeymim bazaları da fəaliyyətini davam etdirəcək.  

Son xəbərlər

Orphus sistemi