Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya təyyarələri Suriyada əməliyyatlara başladığı müddət ərzində 934 hərbi uçuş edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Qonşu ölkə aviasiyası Suriyada terrorçulara məxsus 800-dən artıq obyekti məhv edib.
Məlumata görə, təkcə ötən həftə ərzində Rusiya terrorçuların onlarla komanda məntəqəsini, həmçinin səhra düşərgəsini bombalayıb.
Rusiya sentyabrın 30-da Suriya prezidenti Bəşər Əsədin xahişi ilə bir sıra ölkələrdə fəaliyyəti qadağan olunan “İraq-Şam İslam Dövləti” terror qruplaşmasına havadan hərbi əməliyyatlara başlayıb.