Bakı. 23 dekabr. REPORT.AZ/ "Rusiya-Gürcüstan-Ermənistan-İran elektrik dəhlizi daha sərfəlidir".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya İctimai Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Budraqin dekabrın 23-də Ermənistan, Gürcüstan, İranın energetika nazirləri ilə birgə görüşünün yekununa həsr edilən mətbuat konfransında bildirib.
Məlumata görə, tərəflər əməkdaşlığa dair memorandum imzalayıb.