Rusiya səfirliyi: Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik

Rusiya səfirliyi: Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik “Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəylik göstəririk”.
Region
16 Fevral , 2021 12:31
Rusiya səfirliyi: Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəyik

“Terrora qarşı mübarizədə Türkiyə ilə həmrəylik göstəririk”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfirliyi tvitter səhifəsində İraqın şimalında 13 türkün qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

“Türk xalqının kədərinə şərikik. Şəhid olanların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - səfirlik yazıb.

Qeyd edək ki, Türkiyənin 13 vətəndaşını terrorçu PKK/YPG-PYD 2015-ci ildə qaçırıb. Dinc və silahsız bu sakinləri terrorçular fevralın 13-də qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi