Rusiya səfirinin qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb

Rusiya səfirinin qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb O, Aydın əyalətinin Kuşadası rayonunda Fətullahçı Terror Təşkilatına bağlı məktəbin rəhbərlərindən olub
Region
20 Dekabr , 2016 12:13
Rusiya səfirinin qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı tutulanların sayı 6-ya çatıb.

“Report” "Sabah"a istinadən xəbər verir ki, bu, hadisəni törədən Mövlud Mert Altıntaşın dayısıdır.

Məlumata görə, o, Aydın əyalətinin Kuşadası rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) bağlı məktəbin rəhbərlərindən olub. Həmin məktəb iyulun 15-dən sonra bağlanıb.

Qeyd edək ki, səfiri qətlə yetirənin anası və bacısı da saxlanılıb.

Son xəbərlər

Orphus sistemi