Rusiya radiosunun prodüseri pnevmoniyadan öldü

Rusiya radiosunun prodüseri pnevmoniyadan öldü Rusiyanın “Zvezda” radiostansiyasının prodüseri Dmitri Naydenov 42 yaşında pnevmoniyadan ölüb.
Region
27 aprel 2020 11:02
Rusiya radiosunun prodüseri pnevmoniyadan öldü

Rusiyanın “Zvezda” radiostansiyasının prodüseri Dmitri Naydenov 42 yaşında pnevmoniyadan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumat radionun “Facebook” səhifəsində yayılıb.

Bildirilib ki, o, 10 gün əvvəl ağciyərin iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Məlumata görə, Naydenov 10 ildən artıqdır “Zvezda” radiostansiyasında işləyib. O, “Tarixi qeydlər”, “Tarixdə olub”, “Biz necə qurulmuşuq” və başqa proqramlarda işləyib.

Onunla vida yeri və tarixi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi