Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər

Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər Rusiya hərbçiləri Luqansk əyalətinin Borovskoye şəhərində irəliləyərək yeni mövqelər ələ keçiriblər.
Region
27 May , 2022 04:08
Rusiya qoşunları Ukraynanın Borovskoye şəhərində yeni mövqelər ələ keçiriblər

Rusiya hərbçiləri Luqansk əyalətinin Borovskoye şəhərində irəliləyərək yeni mövqelər ələ keçiriblər.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Luqansk əyalətinin vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O, qeyd edib ki, Rusiya qoşunları Luqansk vilayətinin Severodonetsk şəhəri yaxınlığında Ukrayna müdafiəsini yarmağa çalışır. Hazırda şəhər yaxınlığında şiddətli döyüşlər gedir.

Sergey Qayday həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Zolotoye və Yekaterinovka rayonlarında müdafiəni davam etdirir. Toşkovkada ukraynalı müdafiəçilər düşmən ordusunu geri çəkməyə və mövqelərini möhkəmləndirməyə nail olublar.

"Lısiçansk-Baxmut şossesi daim düşmən atəşi altındadır və onunla getmək təhlükəlidir", - vilayət rəhbəri vurğulayıb.

Eyni zamanda, onun sözlərinə görə, humanitar yüklərin çatdırılması və evakuasiya imkanları qalır.

Son xəbərlər

Orphus sistemi