Rusiya Qırğızıstanın 240 milyon dollar borcunu silib

Rusiya Qırğızıstanın 240 milyon dollar borcunu silib Borcların tənzimlənməsi barədə saziş hələ 2012-ci ildə bağlanıb, protokol bu sənədə aiddir
Region
5 Fevral , 2018 21:59
Rusiya Qırğızıstanın 240 milyon dollar borcunu silib

Bakı. 5 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın federasiya qarşısında 240 milyon dollar həcmində qalıq borcunun silinməsini nəzərdə tutan protokolu təsdiqləyib.

“Report” xəbər verir ki, borcların tənzimlənməsi barədə saziş hələ 2012-ci ildə bağlanıb, protokol bu sənədə aiddir.

Həmin dövrdə Bişkekin Moskvaya olan borcu 488,9 mln. dollar təşkil edib. 2013-cü ilin mayında Moskva onun təqribən 188,9 mln. dollarını silib, 300 mln. dollar həcmində qalan məbləğin isə 10 il ərzində silinməsi nəzərdə tutulub.

Lakin 2017-ci ilin fevralında Qırğızıstan prezidenti Almazbek Atambayev Putinə müraciət edərək qalan borcun bir vaxtda silinməsini istəyib. O bunu Bişkekin borc göstəricisinin yaxşılaşdırılması zərurəti ilə izah edib. Həmin ilin yayında müvafiq protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi