“Rusiya Qara dənizdəki hərbi donanmasını növbəti dəfə yenidən təşkil edib”.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı feysbuk səhifəsində məlumat verib.
Qeyd edilib ki, hazırda Qara dənizdə Rusiyaya məxsus 3 raket daşıyan hərbi gəmi və 2 sualtı qayıq var: “Onlar Ukraynanın bütün ərazisinə təhdid yaradır”.
“Cənub” əməliyyat komandanlığı hərbi gəmi və sualtı qayıqlarda ümumilikdə 32 kalibr tipli qanadlı raketlərin olduğunu vurğulayıb.