Putinin xüsusi nümayəndəsi: "Rüstəm İbrahimbəyov Azərbaycana bağlı insan idi"

Putinin xüsusi nümayəndəsi: "Rüstəm İbrahimbəyov Azərbaycana bağlı insan idi" “Rüstəm həmişə heyrətamiz dərəcədə müdrik, incə, dərin insan olub, onun üçün doğma yurd böyük məna kəsb edirdi. O, Azərbaycana bağlı idi. Yazıçı idi, sözün qədrini bilirdi".
Region
216
13 Mart , 2022 14:57
Putinin xüsusi nümayəndəsi: Rüstəm İbrahimbəyov Azərbaycana bağlı insan idi

“Rüstəm həmişə heyrətamiz dərəcədə müdrik, incə, dərin insan olub, onun üçün doğma yurd böyük məna kəsb edirdi. O, Azərbaycana bağlı idi. Yazıçı idi, sözün qədrini bilirdi".

Bu fikirləri “Report”un Rusiya bürosuna Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

"Rüstəm müəllim müasir həyatda baş verənləri aydın şəkildə deyirdi. Heydər Əliyev onun həyatında böyük rol oynayıb, çünki o, bir vaxtlar yazıçının yaradıcı cəsarətini dəstəkləyirdi", - Şvıdkoy bildirib.

Qeyd edək ki, Moskvada, Mərkəzi Kinematoqrafçılar Evində ssenarist və yazıçı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.

Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.

Son xəbərlər

Orphus sistemi