Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyədən Rusiyaya tədarük edilən ərzaq məhsullarına embarqo qoyulması nəzərdə tutulmur.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vurulan təyyarə ilə bağlı Türkiyədən inandırıcı bir açıqlama gözləyirik", - deyə D.Peskov vurğulayıb.