Rusiya prezidenti: “Türk axını” sayəsində Rusiya qazının Avropaya çatdırılacağına inanıram"

Rusiya prezidenti: “Türk axını” sayəsində Rusiya qazının Avropaya çatdırılacağına inanıram" Vladimir Putin: “Türk axını” layihəsinin reallaşacağına inanıram"
Region
2 Sentyabr , 2016 18:39
Rusiya prezidenti: “Türk axını” sayəsində Rusiya qazının Avropaya çatdırılacağına inanıram

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsi ilə bağlı açıqlama verib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, Rusiyanın dövlət başçısı bildirib ki, “Türk axını” qaz boru kəməri layihəsi nəticə etibarilə tam həyata keçiriləcək. 

"Mən layihənin yekunda reallaşacağına inanıram və “Türk axını” sayəsində Rusiya qazının Avropaya ixracının qarşısında texniki olaraq hər hansı problemin qalmayacaq" - prezident söyləyib.

Xatırladaq ki “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağı nəzərdə tutulur. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması əsas məqsəddir. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi